...

Pakistan və Azərbaycan maye təbii qaz tədarükü sazişi imzaladılar (YENİLƏNİB)

Energetika Materials 24 İyul 2023 14:08 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan və Azərbaycan maye təbii qaz (MTQ) tədarükü üzrə hökumətlərarası saziş imzaladılar.

Bu barədə Trend-ə bazar ertəsi etibarlı mənbədən bildiriblər.

Pakistanla Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalandığı İslamabad (Pakistan) şəhərində imzalanma mərasimində Pakistanın baş naziri Şahbaz Şərif sazişin ilkin müddətinin əlavə olaraq bir il uzatmaq imkanı ilə bir il olduğunu bildirib.

Sazişin şərtlərinə əsasən, Pakistan hər ay bir partiya MTQ satın alacaq. Sazişin Pakistana hər hansı cərimə olmadan yükü əldə etməkdən imtina hüququ verməsi diqqətəlayiqdir.

Ş.Şərif sazişi iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə səbəb olan mühüm hadisə adlandırıb.

Qeyd edək ki, bu gün SOCAR olduqca geniş coğrafiyada, o cümlədən Aralıq dənizi hövzəsi, Asiya və digər regionlar daxilində MTQ alışını və satışını həyata keçirir. MTQ üçüncü tərəflərdən alınır. Dünya okeanına birbaşa çıxış olmadığından məhsul Azərbaycandan ixrac olunmur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti