...

"SOCAR Türkiye" "Petkim"in 2024-cü il üzrə fəaliyyət perspektivlərindən danışıb

Energetika Materials 23 Oktyabr 2023 15:51 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"SOCAR Türkiye" 2024-cü ildə "Petkim" neft-kimya kompleksi üçün daha əlverişli perspektivlərin olacağını proqnozlaşdırır.

Trend xəbər verir ki, bunu "SOCAR Türkiye"nin Neft Emalı və Neft-Kimya Müəssisələri Departamentinin rəhbəri vəzifəsini və "Petkim"in şirkətinin baş direktoru vəzifəsini icra edən Kənan Mirzəyev deyib.

K.Mirzəyev "Petkim"in 2023-cü ilin birinci yarısında dünya bazarlarında staqnasiya və neft-kimya məhsullarının artıq təklifi ilə əlaqədar olaraq üzləşdiyi və göstəricilərinə mənfi təsir göstərən çətinliklərdən danışıb. Lakin o, ilin ikinci yarısında neft qiymətlərinin artımı, neft xammalının dəyərinin artması və "Petkim" tərəfindən satılan neft məhsullarının qiymətlərinin uğurlu optimallaşdırma strategiyaları sayəsində daha müsbət nəticələrin əldə olunduğunu vurğulayıb.

"2024-cü ildə daha əlverişli nəticələr gözləməyimizə baxmayaraq, kompleks qiymətləndirmə təqdim etmək üçün maliyyə ilinin başa çatmasını gözləyirik. 2024-cü ildə sektorun və "Petkim"in səmərəliliyi qlobal faiz siyasətindəki dəyişikliklərdən, müxtəlif ölkələrdə, xüsusən Çində istehlakçı tələbindən və enerji daşıyıclarının qiymətindən asılı olacaq", - deyə K.Mirzəyev əlavə edib.

Xatırladaq ki, SOCAR Türkiye "Petkim"i 2008-ci ildə satın alıb. "Petkim" plastik qablaşdırma, parça, PVC, yuyucu vasitələr buraxmaqla Türkiyədə bu kimi məhsulların yeganə istehsalçısıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti