...

IGB-nin genişləndirilməsi üzrə bazar sınaqlarının növbəti mərhələsinin vaxtı açıqlanıb

Energetika Materials 23 Noyabr 2023 19:45 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) imkanlarının genişləndirilməsi üzrə bazar sınağının məcburi mərhələsi 2024-cü ilin iyul ayına planlaşdırılır.

Bu barədə Trend-ə boru kəmərinin operatoru olan "ICGB" şirkətindən məlumat verilib.

"IGB-nin genişləndirilməsi üzrə bazar sınağının qeyri-məcburi mərhələsi başa çatdıqdans onra boru kəmərinin imkanlarının genişləndirilməsinə böyük maraq göstərildiyinin şahidi olduq. Bazar sınağının məcburi mərhələsi 2024-cü ilin iyul ayına planlaşdırılır", - "ICGB"nin icraçı direktorları Corc Satlas və Teodora Georgiyeva deyiblər.

Onların sözlərinə görə, "ICGB" artıq bu prosesdə növbəti addım olaraq tələbatın qiymətləndirilməsi barədə hesabatlar hazırlamaqla, boru kəmərinin Yunanıstan və Bolqarıstanda qonşu şəbəkə sistemləri ilə birləşmə nöqtələrində ötürücülük imkanlarının artırılması üçün birgə texniki tədqiqatlara başlayıb.

Bu istiqamətdə daha bir addım atan "ICGB" Şaquli Qaz Dəhlizinin bütün operatorlarının dəstəyilə Moldova və Ukraynanın milli nəqliyyat sistemlərinin operatorlarını işçi toplantıya dəvət edib. "ICGB" Moldova, Ukrayna və layihənin sistem operatoru olan "EastMed" ilə birlikdə gələcəkdə Şaquli Qaz Dəhlizinin genişləndirilməsini tam dəstəkləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti