...

Energetika Nazirliyi ixrac nəzarətinə düşən malların idxalı üzrə 44 icazə verib

Energetika Materials 7 Oktyabr 2024 14:41 (UTC +04:00)
Energetika Nazirliyi ixrac nəzarətinə düşən malların idxalı üzrə 44 icazə verib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 44 icazə verilib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 38, ixracı üzrə 3, tranziti üzrə isə 1 icazə verilib.

Rüb ərzində, həmçinin 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalına 1 icazə, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 1 icazə verilib.

Rüb ərzində bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti