...

Moldova enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə can atır - Nazir (ÖZƏL)

Energetika Materials 4 Aprel 2025 17:47 (UTC +04:00)
Moldova enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə can atır - Nazir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Moldova enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə can atır.

Bunu Trend-ə açıqlamasında Moldova Respublikasının Energetika naziri Dorin Cunqhetu Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda keçirilən 11-ci nazirlər iclası və “yaşıl” enerji üzrə Məşvərət Şurasının 3-cü nazirlər iclası çərçivəsində bildirib.

“İlk növbədə, bu vacib tədbirə dəvət olunduğumuza görə Moldova adından təşəkkür etmək istərdim. Mən Moldovanın Energetika nazirliyini təmsil edirəm. Biz ələlxüsus da, enerji təhlükəsizliyi və qaz tədarükü kimi məsələlərdə Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə can atırıq. Biz ölkələrimiz arasında əməkdaşlığın genişlənəcəyinə böyük ümidlər bəsləyirik”, - deyə o bildirib.

Junqhetu həmçinin, Moldovanın ötən il Bakıda keçirilən COP29 tədbirində iştirakını yada salıb.

“Bu çox vacib bir hadisə idi və biz dəvətə görə, minnətdarıq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti