...

Yanvarda Azərbaycanın təbii qaz ixracından gəlirləri açıqlanıb

Energetika Materials 16 Fevral 2026 15:39 (UTC +04:00)
Yanvarda Azərbaycanın təbii qaz ixracından gəlirləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycan 687,5 milyon ABŞ dolları dəyərində 2,292 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 182,6 milyon ABŞ dolları və ya 21%, həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti