...

AR DNŞ SOL –UN "KÜRSƏNGİ-QARABAĞLI"DA QAZDIĞI QUYUNUN QİYMƏTLƏNDİRİLMƏSİNƏ BAŞLAYIB

Energetika Materials 23 İyun 2005 13:35 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) bu həftə "Kürsəngi-Qarabağlı" sahəsinin tərkibinə daxil olan "Babazanan" yatağında qazılmış quyunun qiymətləndirilməsinə başlayıb.Layihədə 50%-lik payla iştirak edən AR DNŞ-dən Trend ə verilən məlumata görə, şirkət bu işi kəşfiyyat quyusunda qazma işlərinin başa çatdığını və zəruri təbəqəyə çatıldığını təsdiqləmək üçün aparılır.

Quyunun dərinliyi 4300 metr təşkil edir. "Kürsəngi-Qarabağlı"nın işlənməsi ilə məşğul olan Salyan OilƏməliyyat Şirkəti (SOL) AR DNŞ qarşısında quyunun qazılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini və müəyyən geoloji kəsiyə çatdığını bəyan edib.

"Kürsəngi-Qarabağlı" yatağının geoloji ehtiyatları 100 milyon ton neft, neft çıxarılması əmsalı 0,2-0,3 təşkil edir. Blokun potensial çıxarılma ehtiyatı 25 miylon ton xammal təşkil edir. Hazırda yataq yalnız 20 % işlənib.

SOL -un podratçısı Çinin Great Wall Drilling şirkətidir ki, o işləri ikifərdi qurğusu vasitəsilə aparır.

AR DNŞ-dən onu da bildiriblər ki, hazırda "Kürsəngi-Qarabağqlı" yatağında dərinliyi 3200-3300 metr layihə dərinliyi olan ikinci istismar quyusunda qazma işləri başa çatır. "Çox güman ki, bu il müqavilə sahəsində ikisi kəşfiyyat və 2-si istismar quyusu olmaqla cəmi 4 quyu qazılacaq".

Xəbər lenti

Xəbər lenti