...

QOBUSTAN ƏMƏLİYYAT ŞİRKƏTİ "KƏNİZDAĞ" YATAĞINDA QİYMƏTLƏNDİRİCİ QUYUDA QAZMA İŞLƏRİNİ 80% BAŞA ÇATDIRIB

Energetika Materials 5 İyul 2005 13:21 (UTC +04:00)

Gobustan Operating Company (GOC) "Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin tərkibinə daxil olan "Sahilyanı" blokdakı "Kənizdağ" yatağındakı qiymətləndirici quyuda 3006 metrlik qazma işləri aparıb.

Layihədə iştirak edən ARDNŞ-dən Trend ə verilən məlumata görə, qazma cədvəl üzrə aparılsa da, bir sıra fəsadlarla müşaiyət olunur. "Belə ki, qazma baltaları çox tez-tez dəyişdirilir", - deyə ARDNŞ-dən bildiriblər. Quyunun layihə dərinliyi 3800 metr təşkil edir.

Hazırda "Cənub-Qərbi Qobustan"da sutkalıq qaz hasilatının cəhmi ayda 400 min kubmetr yanacaq və ya 12 milyon kubmetr təşkil edir. Belə qaz həcmini Qobustan Əməliyyat Şirkəti (GOC) yataqda müxtəlif vaxtlarda qazılmış dörd quyudan əldə edir. GOC 2005-ci il oktyabrın 1-dən başlayaraq əvçvəllər imzalanmış "alqı-satqı barədə" razılaşmanın çərçivəsində ARDNŞ-ə kommersiya qazının satışına başlamağa hazırlaşır. Qazın qiyməti 1,29/1 milyon BTU təşkil edir.

GOC-nin 2005-ci il üçün əsas xərcləri 6,5 milyon dollar həcmində müəyyən edilib. Bu zaman 4 milyon dollar "Cənub-Qərbi Qobustan"da 5 müxtəlif quyüunun qazılmasına xərclənəcək.

Xəbər lenti

Xəbər lenti