...

BARMEK 2006-CI İLİN ƏVVƏLLƏRİNƏ KİMİ BÜTÜN ABUNƏÇİLƏRLƏ MÜQAVİLƏLƏRİN İMZALANMASINI BAŞA ÇATDIRMAQ Nİ YYƏTİNDƏDİR

Energetika Materials 12 İyul 2005 14:40 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkəsinin operatoru) 2006-cı ilin əvvəllərinə kimi bütün abunəçiləri ilə müqavilələrin imzalanmasını başa çatdırmaq niyyətindədir. Bu barədə Trend ə şirkətin baş meneceri Çingiz İbadov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə fəal iş aparılır. "Əvvəllər abunəçilərlə razılaşmaların imzalanmasının gedişi bizi qane etmirdi. Lakin əməkdaşlarımıza bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsinin tapşırılmasından sonra müsbət nəticələr əldə olunub.

Müqavilələrin imzalanması ilə yanaşı şəmçinin, abunəçilərin siyahıya alınması da aparılır. Əgər zərurət yaranarsa, biz bu işlər üçün əlavə işçi qüvvəsi də cəlb edəcəyik ", - deyə Ç.İbadov qeyd edib.

Şirkətin nümayəndəsi qeyd edib ki, hazırda artıq müxtəlif kateqoriyalardan olan 50 minə yaxın abunəsi ilə razılaşma imzalanıb. Hazırda Barmek Azerbaycan şirkətinin Bakıdakı abunəçilərinin ayı 700 mini ötüb.

Xəbər lenti

Xəbər lenti