2005-ci ilin yanvar-avqust aylrında Xəzər dənizində yerləşən Mahaçqala terminalı ilə İran və Rusiya istiqamətində 2,698 mln ton neft daşınıb ki, bu da 2004-cü ilin 8 ayının göstəricisindən 10 min ton çoxdur. Bu barədə Trend ə regional neft daşımaları bazarında məlumat verilib.
Mahaçqala terminalının layihə gücü ildə təxminən 8 mln tondur. Limanın üç gəmisi 10 min ton su basımlı tankerlər qəbul etmək gücündədir.
Mənbələrdə qeyd olunur ki, avqustda İran və Rusiya istiqamətində 350 min ton neft daşınıb. 30 min ton neft İrana, 320 min ton isə Rusiyaya nəql edilib. Yanvar-avqust aylarında Mahaçqala terminalı ilə İrana 128 min ton Rusiya xammalı daşınıb ki, bu da 2004-cü ilin 8 ayının göstəricisindən 459 min ton azdır.
2004-cü il ərzində limanla 3,96 mln ton neft nəql edilib. Bu isə 2003-cü il göstəricisindən 850 min ton çoxdur.