...

"SƏLYAN" -220 KİLOVOLTLUQ YENİ YARIMSTANSİYANIN DİSLOKASİYA YERİ MÜƏYYƏN EDİLİB

Energetika Materials 15 Sentyabr 2005 16:00 (UTC +04:00)

"Səlyan" - 220 kilovoltluq yeni yarımstansiyanın dislokasiya yeri müəyyən edilib. Azərenerji SC-nin mətbuat xidmətində Trend ə bildirilib ki, bu, Səlyan-Sabirabad macistral avtomobil yolunun yaxınlığında 10 ha sahədə yerləşdiriləcək. Azərenerji rəhbərliyi həmin yerdə olub və müvafiq sərəncamlar verilib.Artıq yaxın vaxtlarda topoqraflar və geodezistlər burada işə başlayacaq.

"Səlyan" yarımstansiyası Səlyan və Biləsuvar rayonlarının eneji təchizatını təmin etməlidir.Bununla yanaşı, həmin yarımstansiya yaradılan Azərbaycan-İran enerji zəncirinin əsas həlqələrindən biridir. Bunun vasitəsilə iki qonşu ölkənin enerji sistemi elektrik mübadiləsinin həcmini xeyli arıtra bilər.

Layihə çərçivəsində həmçinin İmişli-Əli Bayramlı DRES, Əli Bayramlı DRES-Səlyan, Səlyan-Masallı, Masallı-Astara yüksək voltlu EÖX-nin çəkilməsi, eləcə də "İmişli", "Masallı" sistem yarımstansiyalarının kapital və qismən yenidən qurulması, Əli Bayramlı DRES-də paylaşdırıcı qurğu nəzərdə tutulur. $75 mln. həcmində kreditin ayrılması üzrə müqavilə 2005-ci il aprelin 22-də Bakıda imzalanıb.

İranın "Eksport"bankı tərəfindən adıçəkilən layihələr üçün kreditin ayrılmasına dair razılaşma 2004-cü ildə Tehranda imzalanıb.Yaxın vaxtlarda iki ölkə arasında 700 MVt -dək enerji axını həcminin çatdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti