...

Barmek Azərbaycan Liberiyanın elektrikləşdirilməsində iştirak etməyə dəvət olunub

Energetika Materials 26 Dekabr 2005 18:29 (UTC +04:00)

Barmek Azərbaycan (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkələrinin operatoru) şirkəti Afrika dövləti Liberiyanın elektrikləşdirilməsində iştirak edə bilər. Bu barədə Trend ə Barmek Azərbaycan-ın prezidenti Hüseyn Arabul məlumat verib.

Onun sözlərinə görə, Liberiya prezidenti şirkəti bu ölkənin enerji sisteminin yaradılımasında iştirak etməyə dəvət edib. "Biz Liberiyaya səfər edə və bu ölkənin hökuməti ilə danışıqlar apara bilərik. Biz hələləik oradakı vəzitiyyətlə tanış deyilik, lakin Liberiyada enerji sisteminin olmadığını bilirik. Bundan əlavə, Liberiyada işlmək bu ölkədə siyasi vəzxiyyətin qeyri-sabit olması ilə bağlı çox təhlükəlidir. Ona görə də bir çox şirkətlər orada işləməyə risq etməsələr də, lakin biz buna hazırıq", - deyə o bildirib.

H.Arabul qeyd edib ki, Liberiyada enerji sisteminin yaradılması üçün ilkin hesablamalara görə ən azı $200 mln vəsait tələb olunur. Barmek Azeəbaycan-ın rəhbəri bildirib ki, şirkət yanvarın ortalarına kimi bu məsələ ilə bağlı qərar qəbul etməlidir.

Xəbər lenti

Xəbər lenti