...

Parisdə mayın 31-dən iyunun 2-dək MDB-nin neft və qaz-2006 üzrə sammiti keçiriləcək

Energetika Materials 21 Yanvar 2006 15:00 (UTC +04:00)

The Energy Exchange Ltd. şirkəti bildirir ki, bu il MDB-nin neft və qaz: Rusiya, Ukrayna, Xəzər və Orta Asiya- illik Beynəlxalq Sammiti mayın 31-dən iyunun 2-dək Parisdə keçiriləcək.

Trend bildirir ki, altı ildə hər il keçirilən Sammitin məruzələrinin əsas mövzuları: neft-qaz sahəsinin inkişafı ilə bağlı region dövlətlərinin prioritetləri, Rusiya və Xəzər regionunun neft-qaz kompleksi sahəsindəki qanunvericilik islahatları, iri şirkətlərin strateji planları və neft-qazın mənimsənilməsi, hasilatı, istismarı və nəql edilməsi ilə bağlı layihələrin inkişafındakı son hadisələri əhatə edir.

Xəbər lenti

Xəbər lenti