...

Azərbaycan Gürcüstana qaz tədarükünə başlayıb

Energetika Materials 23 Yanvar 2006 16:29 (UTC +04:00)

Azərbaycan yanvarın 23-də saat 15:00-da Gürcüstana qaz tədarükünə başlayıb. Bu barədə Trend ə "Azəriqaz" QSC-də bildirilib. QSC-də həm də qeyd olunub ki, hazırda təxminən 2 mln. kub.metr həcmində qaz tədarük olunur.

Azərbaycanın xüsusi imkanları hesabına qazın tədarükünə dair qərar bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Gürcüstanın energetika naziri N.Qilauri ilə görüşündən sonra qəbul edilib. Razılaşmaya əsasən, saat 15.00-dan etibarən Azərbaycan Gürcüstana qaz tədarükünə başlayır.

Qazın tədarükü Gürcüstanın Rusiyadan təbii qaz aldığı Mozdok-Tbilisi qaz kəmərində baş vermiş partlayışla bağlı həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti