...

Gürcüstan ekspeditorların dəmiryolundan istifadəsi üçün ödəniş metodlarını sadələşdirib

Energetika Materials 27 Fevral 2006 12:55 (UTC +04:00)

2006-cı il aprelin 1-dən etibarən Gürcüstan dəmir yolu ilə ilə indiyə kimi ödənilən 20 müxtəlif vergi əvəzinə ekspeditor yalnız bir vahid rüsum ödəyəcək. Trend in verdiyi xəbərə görə, bu barədə Günrcüstanın dəmiryolu idarəsindən bildirilib.

Məlumatda bildirilir ki, yüklərin daşınması üzrə Gürcüstan dəmiryolunun stansiyalarında fəaliyyət göstərən Müştərilərə Xidmət Mərkəzi tərəfindən vahid tarif müəyyən olunacaq. "Sadələşdirilmiş uçot yük daşıyanlar üçün vaxta qənaət etməyə və dəmiryolu ilə əməkdaşlığı qaydaya salmağa şərait yaradacaq. Kompleks vergi dəmiryolu stansiyalarının işini və yüklərin daşınması üzrə xidmətləri yaxşılaşdıracaq", -deyə məlumatda bildirilir.

Məlumatların vahid bazasının yaradılması da planlaşdırılır. Bu, yük daşıyan şirkətlər və ekspeditorlar üçün sərfəlidir.Elektron şəbəkə vasitəsilə dəmiryollarının əməkdaşlığı və tərəfdaşlığının təşkili qarşılıqlı münasibətlərin müasir formalarını tətbiq etməyə və proseduraları sadələşdirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti