...

Sumqayıtda güclü sənaye potensialı ilə bağlı konfrans keçiriləcək

Energetika Materials 6 Aprel 2006 15:47 (UTC +04:00)

Aprelin 12-də Sumqayıtda Azərbaycanın Sənaye və Energetika Nazirliyinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıtda ""Güclü sənaye potensialının yaradılmasında Sumqayıtdakı müəssisələrin rolu" adlı konfrans keçirəcək. Trend in məlumatına görə, bu barədə SEN-nin aprelin 6-da yaydığı press-relizdə bildirilir.

Konfransda kimya, yüngül sənaye, inşaat materialları, maşınqayırma sahəsində fəaliyyət göstərən yeni və yenidən qurulan müəssisələrin perspektiv inkişafı məsələləri müzakirə olunacaq. Bu müəssisələrin investisiya iqliminin müəyyən edilməsi nəzərdə tutulub. Analoji tədbirlərin gələcəkdə Azərbaycanın digər regionlarında keçirilməsi nəzərdə tutulub ki, bu da öz növbəsində respublika prezidentinin sərəncamına müvafiq olaraq sənayenin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə imkan verəcək.

Konfransda İqtisadi İnkişaf, Ekologiya nazirliklərinin, Dövlət Neft Şirkətinin, Azəriqaz QSC, Azərenerji ASC-nin və digərlərinin rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak edəcək. Konfransın gedişində eləcə də, Sumqayıt müəssisələrinin nailiyyətlərini nümayiş etdirən sərgi də fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti