...

"Bulla-dəniz" NQÇİ neft hasilatı üzrə proqnozları 15 faizdən çox qabaqlayır

Energetika Materials 10 Aprel 2006 14:00 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Bulla-dəniz" neft -qaz hasilatı idarəsi tərəfindən işlənilən 38 istismar quyusundan bu ilin mart ayında 6 min 786 ton neft çıxarılıb ki, bu da müəyyən edilən göstəriciləri 15,2% qabaqlayır. Trend in verdiyi məlumata görə, bu barədə ARDNŞ-in mətbuat xidmətinin məlumatınada bildirilir. Bu ilin əvvəlindən bu idarə tərəfindən cəmi 19 min 806 ton neft hasil edilib ki, bu da həmin dövr üçün müəyən edilən göstəriciləri 15,8% üstələyir.

Bu ilin martında NQÇİ 30 mln. 42 min kubmetr qaz hasil edir. İlin əvvəlindən bu göstərici 89 mln. 285 min kubmetr qaz hasil edib.

Bu ilin martında NQÇİ-də keçirilən 11 texniki tədbir neft hasilatını 732 ton artırmağa imkan verib. Quyuların işinin səmərəliliyinni artırılması ilə əlaqədar daha 65 ton neft artırılıb.

Xəbər lenti

Xəbər lenti