...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 28 Aprel 2006 15:06 (UTC +04:00)

Aprelin 27-də bir barel AZERI LT CIF neftinin qiyməti $69,99 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $2,03 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Aprelin 27-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $64,15 təşkil edib ($2,23 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Aprelin 26-da bir barel Brent (DTD) neftinin qiyməti $71,66 təşkil edib ($1,86 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Neft yüklərinin daşınması üzrə Avropa bazarında işləyən treyderlərin Trend ə verdiyi məlumata görə, aprelin 27-si üçün WS şkalası üzrə gəmilərin fraxt dərəcələri belədir:

İstiqamət

Növ

Min ton

27.04.2006

Mart-2006

Fevral-2006

Novorossiysk - Auqusta

Neft/ tünd rəngli neft məhsulları

135

145

131,1

186,9

Novorossiysk -Auqusta

Neft/tünd rəngli neft məhsulları

80

170

164,9

165,8

Qara dəniz - Auqusta

Neft/tünd rəngli neft məhsulları

30

250

187

277

Novorossiysk -Auqusta

Açıq rəngli neft məhsulları

30

260

222

292,8

Xəbər lenti

Xəbər lenti