...

Batumi neft terminalı bir sıra aktivlərin ödənildiyini elan edib

Energetika Materials 11 May 2006 15:07 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Batumi Neft Terminalının direktoru Mogens Hansens elan edib ki, o, Gürcüstan hökuməti ilə 2006-cı ilin yanvarın 20-də imzalanan sazişə əsasən əldə olunan aktivlərin dəyərini ödəyib.

Ödəniş Batumi neft terminalının fəaliyyətinə, o cümlədən, müəyyən aktivlərin alınması və ödənilməmiş borcların tənzimlənməsinə aiddir.

"Naftrans" terminalının operatoru yeni kapitalın artırılmasının, o cümlədən, Böyük Britaniyanın ENR Securities investisiya fondu və özəl BNP Paribas investisiya fonduna səhmlərin verilməsinin başa çatdığını bəyan edib. BNP Paribas "Naftrans" üçün konversiya edilən borcu genişləndirib.

Kapitalın artırılması şirkət və bütün Gürcüstan üçün müsbət addımdır. Belə ki, bu, beynəlxalq investisiya ictimaiyyətinin ölkə potensialına etibarını nümayiş etdirir. "Son iki il ərzində qrupun əldə etdiyi nailiyyətlər hökumətin dəstəyi olmadan mümkün olmazdı" - deyə sənəddə bildirilir.

Xəbər lenti

Xəbər lenti