...

Azərbaycan yanvar-iyun aylarında Novorossiysk limanından təxminən 2,35 mln. ton neft ixrac edib

Energetika Materials 3 İyul 2006 19:15 (UTC +04:00)

Birinci yarımildə Azərbaycan Bakı-Novorossiysk marşrutu ilə 2 mln. 354,984 min ton Urals nefti ixrac edib (ötən ilin analoji dövründə 905,7 min ton). Bu barədə Trend ə ARDNŞ-dən xəbər verilib. 346,7 min ton ARDNŞ-nin, 2 mln. 8 min 224 ton isə ABƏŞ-in payına düşüb.

ARDNŞ-nin məlumatlarına görə, 2006-cı ilin aprel-may aylarında ARDNŞ Novorossiysk limanından öz neftini yükləyib göndərməyib. May partiyasının göndərilməsi iyuna keçirilib. Ötən ilin mayında ARDNŞ Novorossiysk limanından 76,348 min ton neft göndərib.

ARDNŞ qeyd edir ki, 2006-cı ilin iyun ayı ərzində "şimal" marşrutu ilə ümumilikdə 399,389 min ton neft nəql olunub ki, bunun 59,696 min tonu ARDNŞ-nin, 339 min 693 tonu ABƏŞ-in payına düşüb. Ötən il ARDNŞ həmin marşrut ilə 90,5 min ton neft göndərib.

Bakı-Novorossiysk kəmərilə 1 ton neftin nəqli üzrə tarif $15,67 təşkil edir.

Xəbər lenti

Xəbər lenti