...

Avropa Komissiyası Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsindən razı qaldığını bildirib

Energetika Materials 10 İyul 2006 17:55 (UTC +04:00)

Avropa Komissiyası Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin istismara verilməsindən razı qaldığını bildirib. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının (AK) enerji məsələləri üzrə nümayəndəsinin mətbuat katibi Ferran Tarradellas Espani (Ferran Tarradellas Espuny) iyulun 10-da Avropa KİV-lərinə verdiyi müsahibəsində bildirib ki, Aİ BTC layihəsinin həyata keçirilməsinə böyük əhəmiyyət verir.

Onun sözlərinə görə, iyulun 13-də Ceyhanda BTC layihəsi üzrə rəsmi mərasimdə AK-nın enerji məsələləri üzrə nümayəndəsi Andris Pieblas (Andris Piebalgs) iştirak edəcək və "bu, həmin layihənin Avropa ölkələri üçün əhəmiyyət kəsb etməsinin əyani nümunəsidir".

"Avropa komissiyası bütün Avropa İttifaqı üçün alternativ enerji mənbəyi olacaq neft kəmərinin açılışını böyük məmnunluqla qəbul edir", - deyə Espani bildirib və qeyd edib ki, BTC sayəsində Türkiyənin bölgədəki rolu da artıb.

Bununla yanaşı, Avropa Komissiyası nümayəndəsi neft kəmərinin təhlükəsiz istismarı üzrə tədbirlərin görülməsinin əhəmiyyətli olduğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti