...

"Azərenerji" yeni modul elektrik stansiyası tikmək niyyətindədir

Energetika Materials 18 İyul 2006 15:48 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti Səngəçalda yeni modul elektrik stansiyasının tikilməsi haqqında qərar qəbul edib. Bu barədə Trend ə SC-nin vitse-prezidenti Marlen Əsgərov xəbər verib. Bu, iki növ yanacaqla - qaz və mazutla işləyən modul elektrik stansiyaları olacaq.

Bu layihə çərçivəsində hər birinin istehsalat gücü 17,5 MVt olan cəmi 20 modulun təmiri nəzərdə tutulub. Bu, Finlyandiyanın Wartsila şirkətinin istehsalı olan modul stansiyaları olacaq.

Əvvəllər səhmdar cəmiyyətin mütəxəssisləri Türkiyədə mazut və qazla işləyən modul elektrik stansiyalarının işi ilə tanış olub. Bu elektrik stansiyaları Türkiyədə Finlyandiyanın Wartsila şirkəti tərəfindən quraşdırılıb.

Səngəçal qəsəbəsində yeni elektrik stansiyasının tikinti layihəsinin həyata keçirilməsi üçün müxtəlif şirkətlərin avadanlıqlarının texniki imkanlarını gözdən keçirmək üçün tanışlıq aparılır.

"Azərenerji" elektrik enerjisinin istehsalı zamanı bir növlü yanacaqdan asılı olmaq istəmir. Ona görə də, hazırda həm mazut, həm də qazla işləyən elektrik stansiyasının tikintisi planlaşdırılır.

M.Əsgərov qeyd edib ki, yeni elektrik stansiyası respublikanın ümumi enerji sistemini təchiz edəcək.

Hazırda fin şirkəti Azərbaycanda hər birinin istehsal gücü 90 MVt olan beş modul elektrik stansiyasının tikinti layihəsini həyata keçirir. Astarada artıq bir stansiya tikilib, daha iki stansiya Xaçmaz və Şəkidə, ikisi isə Naxçıvan və Bakıda tikilir.

Xəbər lenti

Xəbər lenti