Dünyanın iri neft şirkətləri Ceyhan limanında yeni çənlərin inşası uğrunda mübarizəyə qoşulub. Trend agentliyinin Türkiyə KİV-nə istisnadən yaydığı məlumata əsasən, son təklif "Çalık Enerji" (Türkiyə)- Indian Oil Corporation Limited (IOCL - Hindistan) konsorsiumundan daxil olub. Bu konsorsium neft çənlərinin inşasına 4.9 mlrd dollar sərf etməyi təklif edir.
Bu, Türkiyə hökumətinə ünvanlanan 3-cü təklifdir. İlk iki müraciət Avstriyanın OMI şirkətinin Türkiyədəki rəsmi tərəfdaşı olan Petrol Ofisi və Rusiyanın "Lukoyl" şirkətidir.
Çalık Enerji - IOCL konsorsiumun təklifinə əsasən, Ceyhanda ildə 15 mln. ton neft hasil edəcək neft çənlərinin tikintisi ehtimal olunur. Bununla Türkiyənin neft çənlərinin ümumi tutumu 30 mln tona çatacaq.
Xatırladaq ki, Petrol Ofisi çənlərin tikintisinə 2 mlrd dollar, "Lukoyl" isə 2-2.5 mlrd dollar sərf etməyi təkliy edib.
Bununla yanaşı, bildirilir ki KazMunaiGaz da Türkiyədə neft və qaz çənlərinin tikintisində maraqlıdır, lakin əsas kapital qoyuluşunu Türkiyənin şimalında həyata keçirəcək.
Qeyd edək ki, son vaxtlaradək Türkiyənin neft bazarında inhisarçı olan Topraş şirkətinin 4 çəni ildə 27,6 mln. ton neft üçün nəzərdə tutulub. Türkiyənin tələbatının 70%-i məhz həmin çənlər vasitəsilə təmin olunur. Topraş şirkətinin ən iri neft çəni İzmit şəhərində yerləşir və 11.5 mln. ton neft üçün hesablanıb.