...

Gürcüstan elektrik enerjisi üzrə borcunun Azərbaycana qaytarılması ehtimalını nəzərdən keçirir

Energetika Materials 4 Avqust 2006 18:21 (UTC +04:00)

Gürcüstanın Energetika Nazirliyi ölkənin 90-cı illərdə yaranmış enerji borcunun qaytarılması üzrə "Azərenerji" səhmdar cəmiyyətin təklifini nəzərdən keçirir. Bu barədə Trend in Tbilisidəki xüsusi müxbirinə Gürcüstanın Energetika Nazirliyinin beynəlxalq münasibətlər və enerji siyasəti departamentinin rəisi Mixail Antadze xəbər verib.

Onun sözlərinə görə, söhbət təxminən 15 mln. kVt/saat təşkil edəcək saldo axınından gedir. "Biz bu borcu nə qədər tez ödəsək, bizim üçün o qədər yaxşıdır, lakin bu məsələ üzrə azərbaycanlı həmkarlarımızla problem olmayacaq, çünki münasibətlər çox kollegialdır", - deyə Antadze bəyan edib. Onun sözlərinə görə, Gürcüstan indi də borcun qalan hissəsini qaytarmağa hazırdır.

Lakin Azərbaycan bu borcu qışda almaq niyyətindədir, çünki elektrik enerjisi Gürcüstana qış vaxtı verilib. Bundan əlavə, həmin dövrdə respublikada elektrik enerjisinə tələbat artır.

"Azərenerji" SC-nin baş mühəndisi Saleh Məmmədovun sözlərinə görə, gürcü tərəfi "Kavkasioni" elektrik ötürücü xəttindəki böyük qəza ilə bağlı 2006-cı ilin yanvar ayında Azərbaycandan aldığı enerji yardımı üzrə yığılmış "yeni borcu" tamamilə ödəyib (4,13 8 mln. kVt/saatdan çox).

"Köhnə borclar" da qismən ödənilib - 32 mln. kVt/saatdan təxminən 17 mln. kVt/saat. "İndi söhbət qalan borcun Gürcüstandan qışda tədarük edilməsi qrafikinin razılaşdırılmasından gedir", - deyə Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti