...

İlin sonuna qədər "Şəmkir regional enerjitachizat" 111 min sayqac quraşdıracaq

Energetika Materials 8 Avqust 2006 15:15 (UTC +04:00)

Hazırda "Şəmkir regional enerjitachizat" SC-nin fəaliyyət zonasına daxil olan ərazidə 111 min abunəçi üçün sayqacların quraşdırılması planlaşdırılır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, "Azərenerji" SC-nin mətbuat xidmətindən xəbər veriblər.

Bu gün regionda şəxsi vəsaitlər hesabına 8 390 sayqac quraşdırılıb. Bunun 2062-si- Şəmkir, 3623-ü - Tovuz, 1328-i - Ağstafa, 1377-i - Qazaxın payına düşüb. Quraşdırma prosesi ilin sonuna qədər başa çatmalıdır.

Sayqacların quraşdırılması qış mövsümündə şəbəkələrin yükünü azaldır. Bu isə transformator və EÖX-lərdə qəzaların azalması, abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artması deməkdir.

Xəbər lenti

Xəbər lenti