Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Novorossiyskdən neftin satışı üzrə tenderi bağladı
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) sentyabr ayında Novorossiysk limanından 170 min ton Ural neftinin iki tanker partiyası ilə satışı üzrə tenderi bağladı. Bu barədə Trend ə ARDNŞ bildirib.
85 min ton həcmində partiyanın alıcısı İsveçrənin Reoc Ltd. treyderi olub. Partiyanın sentyabrın 24-25-də göndərilməsi nəzərdə tutulub. Aralıq dənizi bazarında fəal surətdə işləyən şirkət birinci dəfədir ki, ARDNŞ-in neftini alır.
ARDNŞ nümayəndəsinin sözlərinə görə, eyni həcmdə ikinci neft partiyasını Vitol treyderi alıb. Partiya sentyabrın 29-30-da göndəriləcək. Vitol bu il ilk dəfə ARDNŞ-in Novorossiyskdən neft partiyasını alır.
Avqust ayında ARDNŞ Novorossiyskdən 209 min ton Ural nefti satıb. 131 min ton həcmində neft partiyası avqustun 28-29-da Glencore treyderinə, ikinci partiya isə - 78 min ton - avqustun 30-31-də Select Energy treyderinə yüklənilib.
2004-cü ildə göndərilən 2,559 mln. tonla müqayisədə 2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln. ton neft yükləyib.
2006-cı ilin əvvəlindən ARDNŞ-in Novorossiyskdən neft partiyalarını aşağıdakı şirkətlər alıb:
Yanvar - Glencore (85 min ton);
Fevral - Taurus Petroleum (140 min ton); Glencore (60 min ton);
May - Glencore (60 min ton);
İyun - Glencore (60 min ton);
İyul - Glencore (60 min ton);
Avqust - Glencore (131 min ton); Select Energy (78 min ton);
Sentyabr - Reoc Ltd. (85 min ton); Iitol (85 min ton).
Beləliklə, indiyədək ARDNŞ-in Novorossiysk neftini ən çox Glencore treyderi alıb (456 min ton).