...

Azərbaycan nümayəndələri Gürcüstanda beynəlxalq konfransda iştirak edəcək

Energetika Materials 31 Avqust 2006 13:43 (UTC +04:00)

Azərbaycan nümayəndələri sentyabrın 11-12-də Tbilisidə keçiriləcək hasilat sənayesində və energetika tədarüklərində şəffaflıq üzrə beynəlxalq konfransda iştirak edəcək. Bu barədə Trend xəbər verir.

Azərbaycanı İctimai Maliyyə Monitorinq Mərkəzinin başçısı İnqilab Əhmədov, iqtisadi və siyasi araşdırmalar mərkəzinin rəhbəri Sabit Bağırov, iqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qubad İbadoğlu və b. təmsil edəcək.

Konfransda həmçinin Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Böyük Britaniya, ABŞ, Qana, Rusiya və Ukrayna nümayəndələri də iştirak edəcək.

S.Bağırov hasilat sənayesində şəffaflığın artırılması üzrə Azərbaycan koalisiyasının (EİTİ) fəaliyyəti haqqında məruzə ilə çıxış edəcək, monitorinqin strategiyası və EİTİ-nin inkişafı haqqında danışacaq.

Konfransda həmçinin "İctimai nəzarət altında neft gəlirləri" koalisiyası çərçivəsində Qazaxıstan QHT-lərinin fəaliyyət məsələlərinin gözdən keçirilməsi nəzərdə tutulub. Monqolustan nümayəndələri bu ölkənin hasilat sektorunun şəffaflığı və EİTİ çərçivəsində tərəqqi haqqında danışacaqlar. Gürcüstan nümayəndəsi energetika tranzitindən gələn gəlirlərin şəffaflığı haqqında danışacaq.

Xəbər lenti

Xəbər lenti