...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Energetika Materials 11 Sentyabr 2006 13:46 (UTC +04:00)

4-8 sentyabr həftəsində Azərbaycanın Supsa və Batumi limanlarından satdığı AZERİ LT (CİF) neftinin orta qiyməti $66,66/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $2,70/barel və ya 3,9% azdır. Trend xəbər verir ki, 4-8 sentyabr həftəsində AZERİ LT neftinin maksimal qiyməti $67,71/barel, minimal qiyməti isə $65,52/barel təşkil edib.

4-8 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $61,17/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $1,42/barel və ya 2,3% azdır. 4-8 sentyabr həftəsində URAL neftinin maksimal qiyməti $61,86/barel, minimal qiyməti isə $60,62/barel təşkil edib.

Brent (DTD) etalon növünün orta qiyməti 4-8 sentyabr həftəsində $65,20/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $2,19/barel və ya 3,3% azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti $66,97/barel, minimal qiyməti isə $64,30/barel təşkil edib.

Azeri Light növünün sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir. URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir, lakin satış zamanı neftin bu növünün xüsusiyyətləri tərkibində az və ya çox keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif vaxtlarda dəyişir. Neftin DTD növünün sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti