...

Avqustda Azərbaycan elektrik enerjisi idxalını artırıb

Energetika Materials 18 Sentyabr 2006 20:21 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində respublikaya $41401,7 min dəyərində 1538,2 mln. kVt/saat elektrik enerjisi idxal olunub. Tədarük olunan elektrik enerjisinin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 11,9% azalıb və ümumi dəyəri 9,3% artıb. Hazırda Azərbaycana Rusiyadan, İrandan və Gürcüstandan elektrik enerjisi idxal olunur. Türkiyə və İrandan elektrik enerjisi blokada olan Naxçıvan Muxtar Respublikası üçün idxal olunur.

2006-cı ilin yanvar-iyulunda Azərbaycana $282817,1 min dəyərində 2752,4 mln. kubmetr qaz idxal olunub. Bu həcm 2005-ci ilin yanvar-iyul aylarındakından 12,1% azdır. Bu ilin yanvar-iyulunda alınmış qazın dəyəri keçən ilin analoji dövrü ilə müqayisədə 53,7% artıb. Bu barədə Trend Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycana təbii qaz tədarükçüsü Rusiyanın "Qazprom" şirkətidir. 2005-ci ildə 1 min kubmetr qaz $60-a tədarük edilirdi. 2006-cı ilin əvvəlindən isə 1 min kubmetr qaz Azərbaycana $110 dəyərində başa gəlir.

Yanvar-iyul ayları ərzində $42631,2 min dəyərində 877,1 min ton sement klinkerləri və sement idxal olunub. Bu göstərici keçən ildəkindən 55,1% çox və 59,2% bahadır. İdxal olunmuş məhsulların ümumi həcminin 471,9 min tonu ($24723,5 min) sement klinkerlərinin payına düşür. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 35,7% çoxdur (57,4% baha). $17907,7 min dəyərində (2005-ci ilin yanvar-iyul aylarındakından 61,7% baha) 405,2 min ton (2005-ci ilin yanvar-iyul aylarındakından 85,9% çox) sement idxal olunub.

Xəbər lenti

Xəbər lenti