...

Azərbaycan oktyabrda Novorossiysk limanından 380 min ton neft yola salacaq

Energetika Materials 3 Oktyabr 2006 16:00 (UTC +04:00)

Oktyabrda Azərbaycan Novorossiysk limanından "Ural" markalı 380 min ton neft yola salmaq niyyətindədir. Novorossiysk limanına yaxın mənbələrdən Trend ə verilən məlumata görə, yola salınacaq 80 min ton neftlə dolu bir tanker partiyası Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ), 300 min ton xammalla dolu üç tanker partiyası isə ARDNŞ-in payına düşür.

Oktyabr ayında (ayın 8-9-da) ABƏŞ limandan 80 min ton neft yola salacaq. Azərbaycan Dövlət Neft Şirkəti isə 300 min ton - oktyabrın 2-3-də 140 min tonluq partiya və oktyabrın 16-17-də hər birində 80 min ton neft olmaqla iki partiya satacaq.

ARDNŞ oktyabr ayında 80 min ton nefti (sentyabrın axırlarından qalmış partiyanı) "Iitol" treyderinə, 140 min tonu isə "REOC Ltd"yə yola salacaq.

İlin əvvəlindən tenderlərdə ARDNŞ Novorossiysk limanından 979 min ton "Ural" markalı neft satıb. Bu həcmdən 456 min ton nefti "Glencore" treyderi alıb.

ABƏŞ "Azəri-Çiraq-Günəşli" yataqlarında "Azeri Light" markalı neft hasil edərək, xammalı Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novolrossiysk boru kəmərləri və Gürcüstanın Batumi limanınadək dəmir yolu vasitəsi ilə ixrac edir.

ABƏŞ-in səhmdarı olaraq ARDNŞ "Azəri-Çiraq-Günəşli" yataqlarından neft hasil edərək ixrac edir və öz vəsaitləri hesabına digər onşor və ofşor sahələrdə xammal istehsal edir. 2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln. ton neft yola salıb. 2004-cü ildə bu rəqəm 2,559 mln. ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti