Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov neftin Fars körfəzi sahillərinə tədarükündə ölkəsinin maraqlı olduğu haqqında məlumat verib. Bu barədə Trend İran KİV-lərinə istinadən xəbər verir.
Şərqi Azərbaycanda İran əyalətinin general-qubernatoru ilə görüşdə səfir qeyd edib ki, Azərbaycan həmçinin Bakı və Təbriz arasında birbaşa aviareyslərin açılmasında və Şərqi Azərbaycandan taxıl idxalında maraqlıdır.
İki ölkə arasında münasibətlərin möhkəmlənməsi zərurətini vurğulayan səfir xatırladıb ki, rəsmi surətdə hər iki ölkə qəti şəkildə mövcud əlaqələri genişləndirmək istəyirlər.
Səfir qeyd edib ki, turizm və mədəniyyət - həmçinin əməkdaşlıq üçün münasib sahələrdir.
İranın Şərqi Azərbaycan əyalətinin general-qubernatoru Təbriz və Azərbaycan arasında hava yolunun, və onlar arasında dəmir yolunun açılmasını təklif edib və bildirib ki, onun ölkəsi bundan sonra da Azərbaycana taxıl idxal etməyə hazırdır.