...

"Azneftkimyamaş" ASC məhsul istehsalını artırıb

Energetika Materials 21 Oktyabr 2006 13:56 (UTC +04:00)

2006-cı ilin yanvar-sentyabr aylarında "Azneftkimyamaş" ASC 16,5 mln. AZN məbləğində neft-mədən, geoloji kəşfiyyat avadanlıqları, onlar üçün alətlər və ehtiyat hissəsləri istehsal edib. Bu isə 2005-ci ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur. Bu barədə Trend ə ASC-dən bildiriblər.

"Azneftkimyamaş" ASC Azərbaycan prezidentinin 22 mart 2001-ci il tarixli sərəncamı ilə "Azneftkimyamaş" Dövlət Şirkətinin bazasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu daxildir.

ASC-dən bildiriblər ki, bu müddət ərzində istehsal həcmi, əsasən, Səttarxan adına maşınqayırma zavodunda 2,4 mln. AZN, "Bakı fəhləsi"ndə 2,1 mln. AZN, Sabunçu EİB-də 1,9 mln. AZN, Bakı maşınqayırma zavodunda 1,4 mln. AZN, Suraxanı maşınqayırma zavodunda 2 mln. AZN, B. Sərdərov adına zavodda 1,2 mln. AZN və Keşlə maşınqayırma zavodunda isə 1 mln. AZN təşkil edib.

2006-cı ildə "Azneftkimyamaş" ASC 21 mln. manatlıq məhsul istehsal etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti