...

Bp Azərbaycan SDX-4 quyusunda karotaj işlərini həyata keçirir

Energetika Materials 25 Oktyabr 2006 17:51 (UTC +04:00)

"Şahdəniz" qaz-kondensat yatağında SDX-4 dördüncü qiymətləndirmə quyusunun dərinliyi təxminən 6750 metrdir, layihə dərinliyi isə - 7024 metr təşkil edir. Hazırda karotajın aparılması üçün quyuda qazıntı dayandırılıb. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Dövlət Neft Şirkəti prezidentinin birinci müavini Xoşbəxt Yusifzadə bildirib.

Qazıntı "İstiqlal" qazma qurğusunda həyata keçirilir və ilin sonunadək tamamlanması planlaşdırılır. "Qazıntı zamanı şirkət quyuda işlərin tamamlanması qrafikini bir qədər dəyişə biləcək geoloji çətinliklərlə üzləşib. Lakin hazırda onlar müəyyən olunmuş planlara əsasən həyata keçirilir", - deyə o bildirib.

Əvvəl birinci mərhələnin işlənmə layihəsi çərçivəsində "Şahdəniz" yatağında "İstiqlal" qurğusundan dördüncü önləyici quyu qazılıb. Bu quyu suyun 101 m dərinliyində quraşdırılmış qazıntı üçün mövcud dib pilətəsindən qazılıb. Quyunun dərinliyi 6189 metr təşkil edib. "Şahdəniz" tərəfdaşları 2006-cı ilin sonunda yataqda qaz hasilatı başlandıqdan sonra ilk üç il ərzində Azərbaycan üçün təxminən 3 mlrd. kub metr əlavə təbii qaz hasilatını təmin etmək üçün 2004-cü ildə həmin quyunun qazıntısına icazə verib.

"Şahdəniz" layihəsində hasilatın pay bölüşdürülməsi haqqında Saziş iştirakçıları BP (operator - 25,5%), Statoil (25,5%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ- 10%), LUKAgip (10%), NICO (10%), Total (10%) və TPAO-dur (9%).

Xəbər lenti

Xəbər lenti