...

Azərbaycan Dövlət Neft Şirkəti yeni sualtı qaz kəməri çəkəcək

Energetika Materials 25 Oktyabr 2006 18:48 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Palçıq vulkanı" yatağından "Neft Daşları" yatağındakı qaz-kompressor stansiyasına qədər yeni sualtı qaz kəməri çəkmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu qaz kəməri aşağı təzyiqli qaz nəqli üçün istifadə olunacaq. Onun daşıma qabiliyyəti sutkada 180-200 min kub metr qaz təşkil edəcək.

Azərbaycan Dövlət Neft Şirkətinə 2007-ci ildə hasil olunan qaz həcminin 500 mln. - 1 mlrd. kub metrə qədər çatdırmaq həvalə olunub. Bunun üçün "Günəşli" yatağında yeni quyuların qazıntısı və istismara verilməsi, həmçinin aşağı və orta təzyiqli qaz yığımı və nəqli nəzərdə tutulub.

Bu məqsədlər üçün "Günəşli" yatağından "Neft Daşları" yatağında genişləndirilmiş ayırma stansiyasına qədər sualtı qaz kəmərinin çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin ümumi uzunluğu 22 km təşkil edəcək. Bunun 13,5 km-i yeni xəttdir.

Boru kəməri ilə sutkada təxminən 2 mln. kub metr qazın nəql olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti