...

ARDNŞ Bakı NEZ qurğularından birində təmir aparmağı planlaşdırır

Energetika Materials 4 Dekabr 2006 13:32 (UTC +04:00)

ARDNŞ 2007-ci ilin birinci yarısında Heydər Əliyev adına neft emalı zavodunda (keçmiş "Azərneftyanacaq") katalitik riforminqin quraşdırılması işini dayandırmaq fikrindədir. Trend məlumat verir ki, quraşdırma işləri planlı təmir işləri ilə əlaqədar dayandırılacaq. Katalitik riforminq qurğusu yüksək oktannovlü benzin üçün komponentlər istehsal edir.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, zavod hal-hazırda benzinin yığılması ilə muşğuldur. Yanvar-oktyabr aylarında Azərbaycanın neft emalı müəssisələrində 1099,62 min ton benzin istehsal edilib. Bu həcm keçən ilki həcmi 148,21 min ton geridə qoyur.

2006-cı ilin ortalarında ARDNŞ həmin qurğuda artıq bəzi təmir işləri aparmışdı. Bu qurğunun emal gücü ildə 1 mln. ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti