...

ABŞ dövlət katibinin müşaviri: Türkiyə Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqlində mühüm rol oynayacaq

Energetika Materials 9 Fevral 2007 12:40 (UTC +04:00)

Türkiyə regional qaz layihələrinin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi zamanı oynadığı rolu oynaya bilər. Trend in Türkiyədəki xüsusi müxbiri xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi və energetika məsələləri üzrə müşaviri Daniel Sallivan İstanbulda Türkiyə-Amerika iqtisadi əməkdaşlıq üzrə komissiyanın iclasında çıxış edərkən bildirib.

"Ankara Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqlində mühüm rol oynayacaq. Ölkə həm Xəzər neftinin dünya bazarlarına nəqli sahəsində, həm də qazın Avropaya nəqli məsələsində gələcəkdə də əsas strateji mövqelərə malik olacaq", - deyə Sallivan qeyd edib.

O bildirib ki, "ABŞ-da yaxşı başa düşürlər ki, Türkiyə neft-qaz boru kəmərləri layihələrinin reallaşdırılması sahəsində böyük imkanlara malikdir". "Vaşinqton bundan sonra da bu bölgədə enerji layihələrinin reallaşdırılmasını dəstəkləyəcək. Gələcək enerji siyasəti məsələsində Türkiyə və ABŞ-ın mövqeyi üst-üstə düşür", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti