...

BP Azərbaycanın iri neft layihəsinə 8,7 mlrd. dollar vəsait qoyub

Energetika Materials 15 Mart 2007 12:58 (UTC +04:00)
BP Azərbaycanın iri neft layihəsinə 8,7 mlrd. dollar vəsait qoyub

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu gün "Azəri" iri neft layihəsi çərçivəsində ümumi investisiya 6,49 mlrd. dollar təşkil edib. Bu barədə bu gün BP Azerbaijan şirkətinin "Azəri" layihəsi üzrə vitse-prezidenti Bryus Lüberski məlumat verib.

"Azəri" layihəsi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ - operator BP) tərəfindən reallaşdırılır. Şirkət yüngül neft hasil edir və onu Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə ixrac edir. Neftin bir hissəsi dəmir yolu vasitəsilə Gürcüstanın Batumi limanına göndərilir.

Onun sözlərinə görə, 2007-ci ilin birinci kvartalında investisiya həcmi 30 milyon dollar səviyyəsində pronozlaşdırılır.

"Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsi layihəsi üzrə investisiyalar bütün dövr ərzində 2,21 mlrd. dollar təşkil edib, deyə Lüberski bildirib. 2007-ci ilin birinci kvartalında burada investisiya həcmi 260 milyon dollar səviyyəsində planlaşdırılır. Hazırda bu layihə çərçivəsində işlər 78% yerinə yetirilib.

Xəbər lenti

Xəbər lenti