...

OPEK-in neft "səbət"inin qiyməti altı ay yarımda rekord həddədək qalxıb

Energetika Materials 27 Mart 2007 15:29 (UTC +04:00)

OPEK-in neft "səbət"inin qiyməti altı ay yarım ərzində rekord həddədək qalxıb. Martın 26-da "səbət"in qiyməti 59,95 (+1,03) doll./barel təşkil edib.

RBK .-ın məlumatına görə, ilk dəfə üç ay yarımda göstərici 59 doll./barel həddini ötüb və "səbət"in qiymətinin 60,37 doll./barel təşkil etdiyi 2006-cı ilin 12 sentyabrından sonra ən yüksək səviyyədə dayanıb.

OPEK-in (OPEC Reference Basket of crudes) "səbət"i termini 1987-ci il yanvarın 1-dən rəsmi tətbiq edilir. 2005-ci il iyunun ortalarından "səbət"in qiyməti orta hesab göstəricisi kimi bu ölkələrdən hasil edilən neftin növbəti 11 növünün qiymətinə görə təyin edilir: Saharan Blend (Əlcəzair), Minas (İndoneziya), Iran Heavy (İran), Basra Light (İrak), Kuwait Export (Küveyt), Es Sider (Liviya), Bonny Light (Nigeriya), Qatar Marine (Qatar), Arab Light (Səudiyyə Ərəbistanı), Murban (BƏƏ) və BCF 17 (Venesuela).

Xəbər lenti

Xəbər lenti