...

ABŞ Xəzər regionunun enerji resursları bazarında sabitliyə çalışır

Energetika Materials 28 Mart 2007 17:17 (UTC +04:00)
ABŞ Xəzər regionunun enerji resursları bazarında sabitliyə çalışır

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/Amerika Birləşmiş Ştatları Xəzəryanı regionun enerji daşıyıcılarının istehsalı və çatdırılmasının müxtəlif yollarının istifadləsi üçün çərçivə sazişləri də daxil olmaqla konstruktiv rol oynaya bilər, - deyə ABŞ dövlət katibinin Cənub-Şərqi Avropa işləri üzrə köməkçisinin müavini Metyu Brayza bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin Beynəlxalq İnformasiya Proqram Bürosunun məlumatında bildirilib.

ABŞ-ın tətbiq etdiyi yanaşmanın nə qədər xeyirli olmasını ABŞ və Azərbaycan hökumətləri arasında imzalanmış qarşılıqlı anlaşma memorandumu sübut edir, deyə Brayza bəyan edib.

Martın 22-də imzalanmış qarşılıqlı anlaşma memorandumu hər iki hökumətə Xəzər regionunda enerji təhlükəsizliyi üzrə dialoqu yüksək səviyyədə təşkil etmək niyyətini əks etdirir. Dialoqun əsas məqsədi Bakıdan və Xəzər limanından Bakı, İtaliya və Avstriyaya birbaşa Avropa və dünya bazarlarına çıxışla təbii qazın çatdırılması üçün boru kəməri magistrallarının çəkilməsinin reallaşdırılmasıdır.

"Biz bunu maliyyələşdirməyəcəyik və heç kimə təzyiq göstərməyəcəyik, lakin dezinformasiyanın qarşısını almaq və investisiya prosesini yüngülləşdirmək üçün əlimizdən gələnəi əsirgəməyəcəyik", - Brayza sazişdə adıçəkilən əsas layihə haqqında söyləyib.

Layihədə fəaliyyətdə olan Ərzuruma qədər Tiflis vasitəsilə Bakıdan keçən boru kəmərinin yeni - Türkiyədən Yunanıstan və İtaliyaya olan boru kəmərinə qoşulmasıdır. Daha sonra təbii qazı layihələşdirilən Türkiyədən keçən Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyaya qədər "Nabuko" boru kəməri ilə istiqamtləndirmək mümkün olacaq.

Bu layihə energetika sahəsində əməkdaşlığı möhkəmləndirməyə, təbii qazın Avropa bazarlarına çatdırımasının müxtəlif mənbələrini istifadə etməyə, Azərbaycan hökuməti və özəl şirkətlərə məhsullarını "daha yüksək bazar şərtləri" olan Avropa bazarlarına çatdırmağa kömək edəcək, deyə Brayza vurğulayıb.

Hazırda Xəzər və Mərkəzi Asiya regionunda boru kəmərlərinin əksəriyyəti mülkiyyətdə və ya Rusiyanın nəzarəti altındadır. Xəzərin təbii qazı üçün planlaşdırılan hər iki boru kəməri tikilir və Rusiyadan ötüb keçməklə özəl sektordadır.

"Hesab edirəm ki, energetika sahəsində monopoliya olduqca pisdir", deyə Brayza bəyan edib. O, əlavə edib ki, bu layihələri dəstəkləməklə Birləşmiş Ştatlar "Rusiya ilə konfrantasiyaya yox, rəqabətə" cəhd göstərir. Onun sözlərinə görə, rəqabət Rusiyanın "Qazprom" qaz monopodiyasına hətta kömək edə bilər. "Ruslar bütün sahələrdə çox yaxşı rəqibdir", deyə o, bildirib.

Birləşmiş Ştatlar regionda bir sıra boru kəmərlərinin, son zamanlar Xəzər neftini Türkiyənin Ceyhan limanına çatdıran Bakı-Tiflis-Ceyhan boru kəmərinin inkişaf etdirilməsi ilə məşğul olur.

Enerji resursları ilə zəngin olan Xəzəryanı və Mərkəzi Asiya regionuna əsasən dənizə çıxışı olmayan sovet respublikaları daxildir, onların resurslarının işlənməsi və dünya bazarlarına çatdırılması üçün xarici investisiyaya ehtiyacı var. Neft və qazın əsas ehtiyat hissəsi Azərbaycan və Qazaxıstandadır. Türkmənistan və Özbəkistan təbii qazla xüsusi olaraq zəngindir.

Məlumatda qeyd olunub ki, Sovetlər Birliyinin dağılmasından sonra Birləşmiş Ştatlar və enerji istehlakçısı dövlətlər bu regiona siyasi cəhətdən nisbətən sabit Yaxın Şərqə alternativ olan enerji resursrlarının potensial mənbəyi kimi nəzərdən keçirməyə başlayıb. Bundan başqa, bu regionun İran, Əfqanıstan və Pakistanla coğrafi qonşuluğu terrora qarşı mübarizədə onun strateji əhəmiyyətini müəyyən edir. Mərkəzləşdirilmə və iqtisadiyyata dövlətin müdaxiləsinə baxmayaraq Xəzər və Mərkəzi Asiyanın bəzi dövlətləri ümumilikdə xarici investisiyalar üçün açıq olaraq qalır və onlara energetika sahəsində ciddi dövlət nəzarətindən qaçmaq müyəssər olur. İqtisadçılar qeyd edib ki, Azərbaycan və Qazaxıstan iri Qərb şirkətləri üçün energetika sahəsini açmaqla xarici maliyyənin cəlb olunmasında xüsusi uğurlar əldə edib.

Xəbər lenti

Xəbər lenti