...

ARDNŞ I kvartalda neft ixracının həcmini açıqlayıb

Energetika Materials 4 Aprel 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir V.Şərifov/ 2007-ci ilin birinci kvartalında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ümumilikdə 344 min ton neft ixrac edib. Bu barədə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat veriblər.

Bakı - Novorossiysk marşurutu üzrə ARDNŞ yanvar-mart aylarında 183,4 min ton neft ixrac edib. Bakı-Supsa istiqamətində isə kəmərdə təmir işləri aparıldığı üçün yanvar-mart aylarında kəmərə neft vurulmayıb.

Gürcüstanın Qara dənizdəki Batumi limanı istiqamətində isə dəmir yolu vasitəsilə 160,6 min ton neft ixrac olunub.

2006-cı ildə ARDNŞ Bakı-Novorossiysk kəməri ilə 1,17 mln. ton, Bakı-Supsa kəməri ilə 1,15 mln. ton (2005-də 1,26 mln. ton), Batumi istiqamətində isə 1,13 mln. ton neft ixrac edib.

Xəbər lenti

Xəbər lenti