...

Hindistanın "ONGC Videsh Ltd." şirkəti ARDNŞ-lə üçüncü ölkələrdə gerçəkləşən layihələrdə əməkdaşlıq etməyə hazırdır

Energetika Materials 12 Aprel 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / Hindistanın Milli Neft Şirkəti (ONGC Videsh Ltd.) Azərbaycandan olan nefçilərlə üçüncü ölkələrdə gerçəkləşdirilən layihələrdə əməkdaşlıq etmək niyyətindədir. Bu sözləri ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüş zamanı "ONGC Videsh Ltd."-nin baş meneceri və icraçı direktoru Ranbir Sinqx Butola deyib. Onun sözlərinə görə, təmsil etdiyi şirkət ARDNŞ-lə neft-qaz sənayəsinin bütün sahələrində daha sıx əməkdaşlıq etməkdə maraqlıdır.

Öz növbəsində ARDNŞ prezidenti qeyd edib ki, rəhbərlik etdiyi şirkət Hindistanın neft və qaz şirkətləri ilə iqtisadi cəhətdən faydalı olan layihələrdə əməkdaşlıq etməyə hazırdır.

Məlumat üçün bildirək ki, "ONGC Videsh Ltd." ölkədəki enerji daşıyıcıları hasilatının 80 faizinə nəzarət edən dövlət şirkətidir. Bundan əlavə "ONGC Videsh Ltd." 15 ölkədə fəaliyyət göstərir. Konkret olaraq şirkət qazma, istismar və emal sahələrində çalışır. Maraqlıdır ki, ötən əsrin 50-ci illərində fəaliyyətə başlayan "ONGC Videsh Ltd."-nin yaradılmasında azərbaycanlı mütəxəssislər xüsusi rol oynayıb.

Xəbər lenti

Xəbər lenti