...

Qazaxıstandan Azərbaycana maye qaz nəqli üçün xüsusi gəmi lazımdır

Energetika Materials 24 Aprel 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Xəzər dənizində Qazaxıstandan Azərbaycana maye qaz daşımaq imkanında olan xüsusi gəmilərin yer aldığı nəqliyyat infrastrukturu yaratmaq lazımdır. Bunu çərşənbə axşamı Bakıda I Xəzər ticarət-nəqliyyat konfransında iştirak edən Qazaxıstan Respublikasının Energetika və Təbii Ehtiyatlar Nazirliyinin "Neft və qaz sənayesinin baş dispetçer idarəsi" SC-nin prezidenti Kayrat Kaypiyev bildirib.

"Bizdə qaz hasilatının artımı ilə bağlı böyük potensial var. 2008-ci il üçün biz hasilat şirkətləri qarşısında ciddi tapşırıq qoymuşuq: yataqda yandırılan qazın həcmini sıfıra salmaq",-deyə Kaypiyev qeyd edib.

Planda qazın istifadəsi ilə bağlı üç yol var - qazın emalı (maye qazın alınması), təkrar olaraq laylara vurulması, yataqlarda elektrik enerjisi alınması üçün qaz stansiyaarının quraşdırılması.

"Qaz o qədər çox olacaq ki, Qazaxıstanın oradan aınacaq elektrik enerjisinə ehtiyacı olmayacaq. Təkrar yatağa vurulma texnikası isə Qazaxıstanada hələ inkişaf edir və böyük yatırımlar tələb edir",-deyə nazirlik nümayəndəsi bildirib.

Konfransın təşkilatçısı qismində Britaniyanın Confidence Energy Ltd. konsaltinq şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası çıxış edib.

Xəbər lenti

Xəbər lenti