...

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti qaz hasilatının artırılması üzrə proqramın dəyərini açıqlayıb (video)

Energetika Materials 6 İyun 2007 17:06 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti qaz hasilatının artırılması üzrə proqramın dəyərini açıqlayıb (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) öz qaz hasilatnın artırılması üzrə prpoqramın həyata keçirilməsinə 300 mln. manat xərcləməsi nəzərdə tutulub. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib. Proqramın ümumi dəyəri 500 mln. manat qiymətləndirilir.

Bu proqramın icrası əsasən ARDNŞ-in özünün işlədiyi "Günəşli" yatağı ilə bağlıdır. Bu il yataqda təqribən 25 yeni quyunun qazılması nəzərdə tutulub.

Proqramın tərkibinə həmçinin əvvəllər atmosferə buraxılan aşağı təzyiqli qazın yığılması da daxildir. Proqram çərçivəsində nəqliyyat xətləri yenidən qurulacaq, aşağı və yuxarı təzyiqli qazın nəqli üçün yeni kəmərlər çəkiləcək, "Bahar" yatağında boru kəmərləri mərkəzi yenidən qurulacaq.

Quruda olan milli qazpaylayıcı şəbəkənin qəbul infrastrukturunun yenidən qurulması proqramda ayrıca bənd kimi yer alıb. Dövlət Neft Şirkəti "Şahdəniz" yatağından hasil olunan qazın Kalmaz yeraltı qaz anbarına vurulduğu 23 km uzunluğunda yeni qaz kəmərinin tikintisini həyata keçirib.

Hazırda ARDNŞ-in öz yataqlarında sutkalıq qaz hasilatının həcmi 15 mln. kubmetrə çatır. Bu rekord göstəricidir.

Proqram həyata keçirilməsi başa çatdıqdan sonra, 2008-ci ildə ARDNŞ-in təhvil verdiyi qazın həcmi 8 mlrd. kubmetr təşkil edəcək ki, bu da 2005-ci illə müqayisədə 2,5 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti