...

Nazir: "İdeyalarda olan boru kəmərləri fəaliyyətdə olan Cənubi Qafqaz qaz kəməri ilə rəqabət apara bilməz"

Energetika Materials 27 İyun 2007 17:04 (UTC +04:00)
Nazir: "İdeyalarda olan boru kəmərləri fəaliyyətdə olan Cənubi  Qafqaz qaz kəməri ilə rəqabət apara bilməz"

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxalia/ İdeya səviyyəsində mövcud olan qaz kəməri layihələri Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə real rəqbət təşkil edə bilməz. Bu barədə çərşənbə günü Gürcüstanın energetika naziri Nika Qilauri hökumətin iclasının sonunda söyləyib.

"İdeyalarda çox sayda layihələr var, amma onlar layihə çərçivəsində qala bilər, Bakı-Tbilisi-Ərzurum kəməri isə artıq Gürcüstanı bizm üçün çox əhəmiyyətli olan qazla təmin edən reallıqdır" - deyə o qeyd edib.

Nazir Rusiya tərəfindən təklif olunan "Cənub axını" qaz kəməri ilə bağlı sualı bu cür şərh edib. Bu kəmər qazın Avropaya Qara dənizin dibi ilə nəqlini nəzərdə tutur. Bu layihəyə qoşulmaq barədə artıq Yunanıstan öz qərarını açıqlayıb.

"Biz yalnız ideyanı eşitmişik, nə qazın həcmi, nə marşrutu haqqında heç nə məlum deyil. Buna görə də bu layihənin rəqabətqabiliyyətliliyi haqqında danışmaq mümkün deyil" - deyə Gürcüstanın energetika naziri bildirib.

O qeyd edib ki, Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi ideyasını daha real hesab edir.

"Əvvəllər qazın Asiyadan Qafqaz vasitəsilə nəqli barədə Gürcüstan fəal danışırdı, QİƏT-in son sammtində isə bu barədə Türkiyə də danışırdı. Qazaxıstan və Türkmənistanla fəal danışıqlar gedir. Ümid edirik ki, gələcəkdə Transxəzər boru kəməri böyük dəstək və aktuallıq alacaq" - deyə Qilauri qeyd edib.

Xəbər lenti

Xəbər lenti