...

Azərbaycanın Tarif Şurasi enerjidaşıyıclarının qiymətlərinin artırılmasını planlaşdırmır

Energetika Materials 17 İyul 2007 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın Tarif Şurası kütləvi informasiya vasitələrində yanacağın qiymətinin yaxın vaxtlarda qaldırılacağı barədə şayiələri təkzib edir.

İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məılumata görə, kütləvi informasiya vasitələrində Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyevə istinadən enerji daşıyıcılarının qiymətinin qalxacağı və bu barədə qərarın artıq hazır olduğu barədə şayiələr yayılıb.

Sənəddə qeyd olunur ki, Tarif (qiymət) Şurasına ölkədə enerji daşıyıcılarının qiymətinə yenidən baxılması və ya qiymətinin qaldırılması ilə bağlı heç bir müraciət daxil olmayıb.

Ümumiyyətlə isə, enerji daşıyıcılarının qiymətində hər hansı dəyişikliyin edilməsi gözlənilmir və bu barədə yayılan şayiələr təxribat xarakteri daşıyır.

Enerji daşıyıcılarının son qiymət artımı isə Tarif Şurasının 8 yanvar tarixli qərarı ilə olub. Şuranın qərarına əsasən, A-95 markalı benzin 60 qəpik, A-92 və A-80 markalı benzin 55 qəpik, dizel yanacağı isə 45 qəpik olub. 1 kVt/saat elektrik enerjisinin qiyməti isə 6 qəpiyə qədər artırılıb.

Xəbər lenti

Xəbər lenti