Azərbaycan, Bakı/ Trend / "Azərkimya" dövlət müəssisəsi "Etilen-Polietilen" zavodunda təmir işləri üçün tender elan edib. Müəssisədən bildiriblər ki, tender E-1 etilen istehsalı sexində buxar qurğusunun təmiri üzrə bir lotda həyata keçirilir.
Tenderdə iştirak etmək istəyən şirkətlərin sənədləri sentyabr ayının 17-nə qədər qəbul olunur. Tenderdə iştirak haqqı 200 manatdır.
Namizədlərin təklifləri sentyabrın 21-dən gec olmayaraq təqdim olunmalıdır. Tender təkliflərinin açılışı sentyabrın 24-də baş tutacaq.