Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva, V.Şərifov/ Azərbaycan dünyanın qaz ixracatçılarından biridir. Bunu çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə BP-nin kəşfiyyat və hasilat üzrə icraçı direktoru Endi İnqliş bildirib.
İnqlişin sözlərinə görə, bu "Şahdəniz" yatağından qaz ixracına başlanılması nəticəsində mümkün olub. Hazırda qaz Azərbaycanda, Gürcüstanda və Türkiyədə satılır.
Azərbaycan prezidenti Azərbaycanın BP ilə gələcəkdə uğurlu əməkdaşlığına əminliyini bildirib.
BP Azerbaijan şirkətindən bildiriblər ki, Endi İnqiliş həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb və BP daxilində görüşlər keçirib. Neft şirkətində İnqlişin iştirakı ilə BP-nin ökədəki iri layihələri üzrə, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" üzrə irəliləyişləri müzakirə olunub.
BP Azərbaycanda Bakı-Tiflis-Ceyhan neft kəməri də daxil olmaqla iri neft-qaz layihələrinin operatorudur. Bp ölkədə "Azəri-Çıraq-Günəşli" yatağında yüngül neft hasil edir, "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə layihənin texniki operatorudur.