...

Kaşaqan layihəsindəki operatorun əvəzinə başqa bir şirkət ola bilər

Energetika Materials 7 Sentyabr 2007 16:06 (UTC +04:00)
Kaşaqan layihəsindəki operatorun əvəzinə başqa bir şirkət ola bilər

Qazaxıstan, Astana / Trend , müxbir K.Konırova/ Neft dairələrindəki mənbənin məlumatına görə, "Eni" şirkətinin yerinə (Qazaxıstanda "Kaşaqan" layihəsinin operatoru) iddia edənlərin sırasına digər konsorsium iştirakçıları - "Total" və "ExxonMobil" da daxildir.

Dünən ikinci Avroasiya energetika forumunda çıxış edən Qazaxıstan baş naziri bildirib: "Biz hesab edirik ki, iqtisadi balans Qazaxıstan hökumətinin xeyrinə pozulmayıb. Bununla bağlı müvafiq tələblər bildirilib və hazırda vəziyyətin həllinə qədər dostluq danışıqları aparılır. Əgər Agip KCO konsorsiumunun iştirakçıları Qazaxıstanın tələbləri ilə razılaşmasalar, o zaman bizim "B" planımız var və mən bu barədə sonra məlumat verəcəyəm".

Mütəxəssislərin rəyinə görə, "B" planı Qazaxıstan hökumətinin daha geniş fəaliyyətini nəzərdə tutur. Mənbənin rəyinə görə, bu halda operatorların dəyişməsi birmənalıdır. "Hər iki şirkət layihəni nəzərdən keçirməyə hazırdır. Lakin Qazaxıstanın "Eni" ilə güclü əlaqələri var.

Amerika şirkəti "ExxonMobil" hətta siyasi vasitələri işə salmaq niyyətindədir. Məsələn, Senat və Konqres vasitəsilə Qazaxıstan məhsullarının bir neçə növünə məhdudiyyəti aradan qaldırmağa nail ola bilər.

"Rusiya üçün Amerika şirkətlərinə qalib gəlmək arzulanandır və o, operatorların dəyişməsi ssenarisinin inkişafı ilə "Total"ın namizədliyini müdafiə edə bilər.

Baş nazir işarə vurub ki, bu il atılan addımlar neftin qiymətinin dəyişməsi xaricindədir.

"Mən rəsmən bildirirəm ki, Qazaxıstan hökuməti millətçilik immunitetinə malikdir" - deyə o vurğulayıb.

Yeri gəlmişkən, xarici KİV-lərin Kaşaqan ətrafında vəziyyətlə bağlı məlumatlarında xususilə bu termin daha çox səslənir.

Lakin prinsipial mövqeyinə baxmayaraq, hökumət dairələri danışıqlara hazırdır. Cümə axşamı baş nazir hökumətin elanı ilə bağlı çıxışında İtaliyanın "Eni" şirkətinin rəhbərini və enerji üzrə Avropa komissarı Andrisa Pibalqası şəxsən danışıqlara dəvət etdiyini açıq-aydın bildirib. Sonda o, rəsmi Astananın fəaliyyətinə dair tənqidi fikirlərini bildirib.

Kaşaqan layihəsinin iştirakçılarından olan iri neft şirkətlərindən birinin nümayəndəsi olan və şəxsiyyətinin məxvi qalmasını istəyən şəxsin müsahibəsində deyilir: "Biz Qazaxıstan hökumətinə bütün risqləri bizimlə bölüşməyi təklif edirik, birinci növbədə texnogen və təbii xarakterli risqləri. Hansı ki, onun vasitəsilə yatağın mənimsənilməsi ilə bağlı konsorsium aparmaq olar. Yalnız bu halda birmənalı olaraq neftçıxarma kimi çətin prosesdə qarşılıqlı anlaşmaya nail ola bilərik".

Xəbər lenti

Xəbər lenti