...

Məmməd Musayev: Sahibkarlar alternativ mənbələrdən maliyyələşmə imkanları axtarmalıdır

Maliyyə Materials 30 Noyabr 2018 17:24 (UTC +04:00)
Müasir dövrdə sahibkarların alternativ mənbələrdən maliyyələşmə imkanları axtarmasına ehtiyac var
Məmməd Musayev: Sahibkarlar alternativ mənbələrdən maliyyələşmə imkanları axtarmalıdır

Bakı. Taleh Mursaqulov - Trend:

Müasir dövrdə sahibkarların alternativ mənbələrdən maliyyələşmə imkanları axtarmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusundakı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda bəzi şirkətlər istiqraz buraxılışını həyata keçirməklə ölkədə kapital bazarının inkişafına öz töhfələrini veriblər.

Onun sözlərinə görə, istiqraz buraxılışı dövlətin əsas borclanma mexanizmlərindən biridir. Ötən il Maliyyə Nazirliyi istiqraz buraxılışı yolu ilə 700 milyon manat cəlb edib. Bu proses istiqraz bazarının nə qədər irihəcmli olduğunu göstərir. Digər nümunə kimi SOCAR və “Metak” şirkətlərii tərəfindən buraxılan istiqrazları qeyd etmək olar:

“Sahibkarlar kapital bazarlarına çıxmaq üçün rasional qərarlar vermək istəyirlər, lakin hansı ilkin addımların atılmalı olduğunu və hara müraciət etməli olduqlarını bilmirlər. Məhz bu məlumatsızlığın aradan qaldırilması üçün Bakı Fond Birjası tərəfindən “Listinq Məsləhət Proqramı” yaradılıb. Bu proqram çərçivəsində maliyyə bazarları vasitəsilə maliyyələşmək niyyətində olan, lakin bu bazar haqqında məlumatı olmayan şirkətlərə tam ödənişsiz əsaslarla peşəkar dəstək göstərilir”.

M.Musayev əlavə edib ki, kapital bazarları vasitəsilə maliyyələşmənin əsas tələblərindən biri də maliyyə hesabatlığının, şəffaflığın və məlumatların vaxtında açıqlamasının təmin olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti