...

Asiya İnkişaf Bankı 2020-ci ildə Azərbaycanın regionlarında fəaliyyəti barədə

Maliyyə Materials 22 May 2020 11:53 (UTC +04:00)
Azərbaycanda hazırda Asiya İnkişaf Bankı tərəfindən maliyyələşən kreditlərin cəlb olunması ilə 3 layihə reallaşdırılır
Asiya İnkişaf Bankı 2020-ci ildə Azərbaycanın regionlarında fəaliyyəti barədə

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda hazırda Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşən kreditlərin cəlb olunması ilə 3 layihə reallaşdırılır, Bankın ölkədəki aktiv portfelinə 6 texniki dəstək layihəsi bir neçə regional qrant daxildir.

Bu barədə Trend-ə AİB-dən bildiriblər.

AİB-in regional hədəf fondları tərəfindən üzən günəş elektrik stansiyası pilot layihəsi, ünvanlı sosial yardımın optimallaşdırılması sahəsində məsləhətlər, yığım pensiya sisteminin tətbiqi, eləcə də təhsil sektorunda dövlət-özəl tərəfdaşlığı layihəsinin idarə olunması, qida məhsullarının təhlükəsizlik standartları üzərində işləyən personalın potensialının inkişafı layihələri maliyyələşdirilir.

AİB-in layihələri əsasən Azərbaycanın regionlarının inkişafına yönəlib. Məsələn, bank Ucar-Zərdab (R32) və Yevlax-Şəki (M5) avtomobil yollarının bərpası layihəsinin maliyyələşdirilməsini dəstəkləyir.

Sumqayıt-Yalama xətti boyunca azı 14 dəmiryol stansiyası tikiləcək. Son zamanlarda layihənin bəzi obyektlərində tikinti işləri başlayıb.

Hazırda startapların inkişafı üçün ekosistemin təkmilləşməsi üzrə texniki dəstək layihəsi hazırlanır. “Asan Innoland” şirkəti ilə birgə AİB Gəncə və Şəkidə müxtəlif startapların dəstəklənməsi üçün texniki yardım vasitələrindən istifadə etmək niyyətindədir. Bu il bank, həmçinin Naxçıvan MR-da suvarma sisteminin və yüksək səviyyəli texnologiyaların tətbiqi imkanlarının tədqiqinə yönəlmiş yeni layihənin hazırlanmasına başlayacaq:

“2019-ci ilin iyulundan biz həm AİB, həm də hökumət tərəfindən təsdiqlənmiş Ölkə üzrə Tərəfdaşlıq Strategiyası çərçivəsində birgə işləyirik. Azərbaycan üçün yeni olan bu Strategiya 2023-cü ilədək fəaliyyətimizi müəyyən edir. Bizim diqqətimiz iqtisadiyyatın şaxələndirilməsi üzrə 3 strateji istiqamətə yönələcək: özəl sektorun inkişafının stimullaşdırılması və dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının möhkəmləndirilməsi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti